CAR-da ağır yol qəzası, 12 nəfər öldü

CAR-da ağır yol qəzası, 12 nəfər öldü Cənubi Afrika Respublikası ağır yol-nəqliyyat hadisəsi baş verib.
Digər ölkələr
10 Oktyabr , 2020 23:43
CAR-da ağır yol qəzası, 12 nəfər öldü

Cənubi Afrika Respublikasında ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, bu barədə yerli “eNCA” televiziya kanalı məlumat yayıb.

Hadisə Kvazulu-Natal vilayətində qeydə alınıb. Belə ki, sərnişin daşıyan mikroavtobus idarəetməni itirərək aşıb və dərəyə yuvarlanıb.

Qəza nəticəsində 12 sərnişin ölüb, 6-sı isə xəsarət alıb. Qəzanın baş vermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi