Bakı. 21 oktyabr. REPORT.AZ/ Cənubi Afrika Respublikası Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ilə əməkdaşlığın dayandırılması üçün ərizə verib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə CAR-ın xarici işlər naziri Maite Nkoana-Maşabane tərəfindən oktyabrın 19-da imzalanmış sənəddə bildirilir.
"CAR aşkar edib ki, münaqişələrin sülh yolu ilə həllinə dair üzərinə götürdüyü öhdəliklər bəzən BCM-nin təklif etdiyi interpretasiya ilə bir araya sığmır", — deyə sənəddə qeyd olunur.
Bildirilir ki, respublikanın təşkilat ilə əməkdaşlıqdan imtina etməsi bir ildən sonra qüvvəyə minəcək. O, Brundidən sonra təşkilatı tərk edəcək ikinci ölkə olacaq.
BCM 2002-ci ildə təsis edilib. Bəşəriyyətə qarşı törədilən cinayətlər, həmçinin hərbi cinayətlərə dair işləri araşdıran orqana 124 ölkə üzvdür.