Çanaqqala savaşının 100-cü ildönümünə 106 dövlət başçısı dəvət olunub

Çanaqqala savaşının 100-cü ildönümünə 106 dövlət başçısı dəvət olunub Tədbirə BMT və NATO kimi 36 beynəlxalq qurum da çağrılıb
Digər ölkələr
7 Fevral , 2015 14:21
Çanaqqala savaşının 100-cü ildönümünə 106 dövlət başçısı dəvət olunub

Bakı. 7 fevral. REPORT.AZ/ Türkiyədə qeyd olunacaq Çanaqqala savaşının 100-cü ildönümü mərasiminə hazırlıq işləri sürətlə davam edir. "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çanaqqala valisi Əhməd Çınar məlumat verib.

Onun sözlərinə görə, builki ildönüm əvvəlkilərə baxanda daha fərqli olacaq: "Bir çox qurum tərəfindən hazırlanan layihə il ərzində həyata keçiriləcək. İlk olaraq Çanaqqala savaşının qələbəsi qeyd olunacaq. Bütün dövlət müəssisə və təşkilatlar lazımi işləri görüb. Bu baxımdan qələbəni ən gözəl şəkildə qeyd edəcəyik. Mərasimə həmçinin dövlət başçısı da qatılacaq. Martın 18-də keçirilməsi nəzərdə tutulan tədbir şəhər stadionunda baş tutacaq. Mərasimdən sonra Şəhidlər Abidəsində rəsmi hissənin keçirilməsi planlaşdırılır".

O, həmçinin qeyd edib ki, aprelin 24-25-də keçiriləcək beynəlxalq tədbirlərdə bir çox ölkənin rəhbəri iştirak edəcək: "Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən 106 dövlət başçısı və nümayəndəsinə xüsusi dəvətnamə göndərilib. Bundan başqa, tədbirə Birləşmiş Millətlər Təşkilatı və NATO kimi 36 beynəlxalq qurum da çağrılıb". 

Son xəbərlər

Orphus sistemi