Cammu və Kəşmirdə partlayış olub, xəsarət alanlar var

Cammu və Kəşmirdə partlayış olub, xəsarət alanlar var Cammu və Kəşmir bölgəsində baş verən partlayış nəticəsində azı 20 nəfər xəsarət alıb.
Digər ölkələr
28 Oktyabr , 2019 19:56
Cammu və Kəşmirdə partlayış olub, xəsarət alanlar var

Cammu və Kəşmir bölgəsində baş verən partlayış nəticəsində azı 20 nəfər xəsarət alıb.

“Report” “İndia Today”ə istinadən xəbər verir ki, Soplor şəhərində avtobus dayanacağında naməlum şəxslər izdihamın içərisinə qumbara atıblar.

Xəsarət alanlardan vəziyyəti daha ciddi olan 6 nəfər təcili olaraq bölgənin inzibati mərkəzi Srinəgərdəki xəstəxanaya çatdırılıb. Digərləri isə yerli xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə cəlb edilən təhlükəsizlik qüvvələri terrorçuları yaxalamaq üçün əməliyyata başlayıb.

Son xəbərlər

Orphus sistemi