Bakı. 29 iyun. REPORT.AZ/ "İŞİD yaraqlıları bütün Qərb dövlətləri üçün təhlükə mənbəyidir və onlar Böyük Britaniyada terror aktları planlaşdırırlar". "Report" TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Devid Kemeron deyib.
"Suriya və İraqda fəaliyyət göstərən İŞİD yaraqlıları Böyük Britaniyada bir sıra dəhşətli terror aktları həyata keçirməyi planlaşdırırlar", - Kemeron qeyd edərək əlavə edib ki, radikallar Qərbə real təhlükə yaradır.