Jurnalist Camal Qaşıqçının övladlarına kompensasiya ödənilib

Jurnalist Camal Qaşıqçının övladlarına kompensasiya ödənilib Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının övladlarına kompensasiya verib.
Digər ölkələr
2 Aprel , 2019 12:54
Jurnalist Camal Qaşıqçının övladlarına kompensasiya ödənilib
0 : 00
0 : 00

Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının övladlarına kompensasiya verib.

“Report” xəbər verir ki, məlumatı “The Washington Post” yayıb.

Jurnalistin iki oğlu və iki qızı ayrılıqda hər ay 50 min dollar müavinət alacaq. Bundan başqa, onların hər birinə 4 milyon dollaradək qiyməti olan ev verilib.

Qaşıqçının qətli ilə bağlı məhkəmə prosesi başa çatdıqdan sonra jurnalistin uşaqlarının hər biri əlavə olaraq 10 milyon dollar ala bilər.

Bildirilib ki, qətldən sonra Qaşıqçının övladları Səudiyyə Ərəbistanını tənqid etməyib.

Krallığın məmurları kompensasiyanın uşaqların susmasına görə verilməsini təkzib ediblər.

“The Washington Post” ABŞ Prezidenti Donald Trampı jurnalistin qətli ilə bağlı məsələyə qətiyyətsizlik göstərməkdə qınayıblar.

Qeyd edək ki, “The Washington Post”un əməkdaşı, Səudiyyə Ərəbistanının vətəndaşı Camal Qaşıqçı 2018-ci il oktyabrın 2-də Krallığın İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilib. İndiyədək onun meyiti tapılmayıb. Onun qətlini Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın təşkil etdiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi