İndoneziya Çini uyğurların real vəziyyəti barədə açıqlama verməyə çağırıb

İndoneziya Çini uyğurların real vəziyyəti barədə açıqlama verməyə çağırıb Bakı. 20 dekabr. REPORT.AZ/ İndoneziya Çin hakimiyyətini uyğurların real vəziyyəti ilə bağlı açıqlama verməyə çağırıb.
Digər ölkələr
602
20 Dekabr , 2018 12:32
İndoneziya Çini uyğurların real vəziyyəti barədə açıqlama verməyə çağırıb
0 : 00
0 : 00

Bakı. 20 dekabr. REPORT.AZ/ İndoneziya Çin hakimiyyətini uyğurların real vəziyyəti ilə bağlı açıqlama verməyə çağırıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, uyğun bəyanatla İndoneziyanın dini işlər üzrə naziri Lukman Hakim Sayfuddin çıxış edib.

Nazir bildirib ki, rəsmi Cakarta Çinin Sintezyan-Uyğur Muxtar Rayonunda müsəlmanların vəziyyətindən narahatdır. O, rəsmi Pekini uyğurların vəziyyəti üzrə təcili açıqlama verməyə çağırıb: “Uyğurların real vəziyyəti barədə informasiya verməklə Çin hakimiyyəti ünvanına deyilənlərin təkzib edə bilərdi”.

Qeyd edək ki, Çin uyğur türklərini kütləvi düşərgələrdə saxlayır və orada beynəlxalq təşkilatların müşahidə aparmasına icazə vermir. Rəsmi Pekin həmin düşərgələri siyasi-ideoloji təlim düşərgəsi kimi təqdim edir. Həmin düşərgələrdə uyğurlarla məcburi siyasi-ideoloji iş aparılır. Çin hakimiyyəti uyğur ailələrinə xanları təkim edərək ortaq mədəniyyət formalaşdırdıqlarını idda edirlər. Bundan başqa, assimilyasiya məqsədilə uyğurlarla ailə quranlara əlavə güzəştlər edilir.

ABŞ, Avropa İttifaqı uyğurlara qarşı insanlıqdan uzaq davranışa görə Çinə sanksiya tətbiq edəcəklərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi