Çadda terrorçuların hərbi hissəyə hücumu zamanı 4 əsgər həlak olub

Çadda terrorçuların hərbi hissəyə hücumu zamanı 4 əsgər həlak olub Atışma zamanı 7 ekstremist məhv edilib
Digər ölkələr
25 Sentyabr , 2016 18:29
Çadda terrorçuların hərbi hissəyə hücumu zamanı 4 əsgər həlak olub

Bakı. 25 sentyabr. REPORT.AZ/ "Boko haram" terror qruplaşmasının silahlıları Çadın qərbində hərbi hissəyə hücum edib.

"Report" xəbər verir ki, bu barədə "France-Presse" məlumat yayıb.

Məlumata görə, hadisə Nigerlə sərhəddə baş verib. Silahlı toqquşmada 4 hərbi qulluqçu həlak olub. 

"Atışma zamanı həmçinin 7 ekstremist məhv edilib" – deyə ölkənin güc strukturunun rəsmisi bildirilib.  

Son xəbərlər

Orphus sistemi