Yuxarı

​Çadda qadının özünü partlatması nəticəsində 15 nəfər ölüb

Partlayış paytaxt bazarında törədilib

Bakı. 11 iyul. REPORT.AZ/ Bu gün səhər saatlarında Çadın paytaxtı Ncamendə partlayış nəticəsində ən azı 15 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

“Partlayış paytaxt bazarında törədilib, 15 nəfər ölüb, çoxlu sayda yaralı var”, — deyə məlumatda bildirilir.

Polisin ilkin məlumatına görə, partlayışı qadın terrorçu bazarın girişində törədib.

Terror aktına görə məsuliyyəti hələ ki, heç kim üzərinə götürməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi