Yuxarı
    Bağlamaq

    ​Çadda partlayışlar nəticəsində 3 nəfər ölüb, 56 nəfər yaralanıb

    İlkin məlumatlara görə, terror aktlarını terrorçu-kamikadzelər törədib

    Bakı. 31 yanvar. REPORT.AZ/ Çad Respublikasının qərbində baş verən iki partlayış nəticəsində 3 nəfər ölüb, 56 nəfər yaralanıb.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar günü "Frans Press" agentliyi məlumat yayıb.

    İnsident ölkənin qərbində yerləşən Çad gölü ərazisində baş verib. İlkin məlumatlara görə, terror aktlarını terrorçu-kamikadzelər törədiblər.

    Agentliyin məlumatına görə, birinci kamikadze özünü Quye qəsəbəsində partladıb. Burada 1 nəfər ölüb, daha 32 nəfər yaralanıb. Miterin kəndində törədilən ikinci partlayış nəticəsində isə 2 nəfər həyatını itirib, 24 nəfər yaralanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi