​Çad Nigeriyaya qoşun yeridərək sərhədyanı şəhəri azad edib

​Çad Nigeriyaya qoşun yeridərək sərhədyanı şəhəri azad edib Qamboru şəhəri tam olaraq nəzarətə götürülüb
Digər ölkələr
4 Fevral , 2015 01:30
​Çad Nigeriyaya qoşun yeridərək sərhədyanı şəhəri azad edib

Bakı. 4 fevral. REPORT.AZ/ Çad Ordusu Nigeriya ilə sərhəddə yerləşən Qamboru şəhərini öz nəzarəti altına götürüb.

"Report" "France-Presse"ə istinadən xəbər verir ki, yaşayış məntəqəsi bir neçə ay əvvəl şəhərə hücum edən "Boko haram" terror qruplaşmasının silahlılarından geri alınıb.

Bundan əvvəl, Çadın quru qoşunlarının "Boko haram" terrorçuları ilə mübarizə aparmaq üçün Nigeriyaya daxil olduğu məlumat verilib. Zirehli texnika və piyada qoşunu Kamerunun Fotokol şəhəri ilə Nigeriyanın Qamboru şəhərini birləşdirən körpünü keçiblər. 

Son xəbərlər

Orphus sistemi