"C5+1" Əfqanıstanda hakimiyyətin güc yolu ilə dəyişdirilməsini dəstəkləmir

"C5+1" Əfqanıstanda hakimiyyətin güc yolu ilə dəyişdirilməsini dəstəkləmir “Mərkəzi Asiya dövlətləri və ABŞ Əfqanıstanda hakimiyyətin güc tətbiqi yolu ilə dəyişdirilməsini dəstəkləmir, bu ölkədəki münaqişənin dinc yolla tənzimlənməsinə yardımı davam etdirəcəklərini elan edirlər.
Digər ölkələr
17 İyul , 2021 11:33
C5+1 Əfqanıstanda hakimiyyətin güc yolu ilə dəyişdirilməsini dəstəkləmir

“Mərkəzi Asiya dövlətləri və ABŞ Əfqanıstanda hakimiyyətin güc tətbiqi yolu ilə dəyişdirilməsini dəstəkləmir, bu ölkədəki münaqişənin dinc yolla tənzimlənməsinə yardımı davam etdirəcəklərini elan edirlər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Mərkəzi Asiya ölkələri - ABŞ” (C5+1) formatında Daşkənddə keçirilən görüşün yekun bəyanatında bildirilib.

Yekun sənəddə terrorçuların və üçüncü tərəfin “C5+1”ə daxil olan ölkələri və ya başqa bir dövləti təhdid etmək üçün Əfqanıstan ərazisindən yararlanmalarının qəbuledilməzliyi də vurğulanıb.

Qeyd edək ki, “C5+1” (bu formata Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Türkmənistan, Özbəkistan və ABŞ daxildir) formatı 2015-ci ilin sentyabrında regional məsələləri müzakirə etmək üçün yaradılıb.

Son xəbərlər

Orphus sistemi