​Bzejinski Rusiyaya qarşı sanksiyaları dəyərləndirib

​Bzejinski Rusiyaya qarşı sanksiyaları dəyərləndirib İndi əsas məsələ Avropada sabitliyin, sərhədlərin toxunulmazlığının və hər dövlətin müstəqil seçim hüququnun təminidir!
Digər ölkələr
31 Yanvar , 2015 11:03
​Bzejinski Rusiyaya qarşı sanksiyaları dəyərləndirib

Bakı. 31 yanvar. REPORT.AZ/ "ABŞ və Avropa Birliyinin sanksiyaları olmasaydı, Rusiya Ukraynanın müstəqilliyini məhv, Avropanın başqa dövlətlərinin təhlükəsizliyini təhdid edərdi".

"Report" "Onet.pl"a istinadən xəbər verir ki, bunu ABŞ-ın tanınmış politoloqu, bir neçə prezidentə müşavirlik etmiş Zbiqnev Bzejinski deyib.

"O, oxşar ssenariləri başqa dövlətlərdə, özəlliklə Baltikyanı ölkələrdə təkrarlaya bilərdi",- Bzejinski vurğulayıb.

Onun sözlərinə görə, indi əsas məsələ Avropada sabitliyin, sərhədlərin toxunulmazlığının və hər dövlətin müstəqil seçim hüququnun təmin edilməsidir.

Son xəbərlər

Orphus sistemi