Bakı. 18 sentyabr. REPORT.AZ/ “Dünyada rüşvətin illik həcmi, təxminən, 2 trilyon dollar təşkil edir”.
“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristin Laqard sentyabrın 18-də Vaşinqtonda Brukinqs İnstitutunda “Korrupsiyaya qarşı mübarizə” adı altında keçirilən konfransdakı çıxışında bildirib.
“İllik rüşvətin yalnız bir hissəsi 1,5 - 2 trilyon dollar, yaxud dünya üzrə adambaşına düşən gəlirin 2 faizini təşkil edir. Bu, aysberqin görünən tərəfidir. Onun uzunmüddətli təsiri daha dərindədir”, - K.Laqard qeyd edib.
O, Beynəlxalq Valyuta Fondunun üzv dövlətlərə rüşvətxorluğa qarşı mübarizədə yardım etdiyini də vurğulayıb.