Buzüstü hokkey üzrə dünya çempionatının yeri açıqlanıb

Buzüstü hokkey üzrə dünya çempionatının yeri açıqlanıb Buzüstü hokkey üzrə 2023-cü il dünya çempionatının yeri açıqlanıb.
Komanda
27 İyul , 2022 20:36
Buzüstü hokkey üzrə dünya çempionatının yeri açıqlanıb

Buzüstü hokkey üzrə 2023-cü il dünya çempionatının yeri açıqlanıb.

"Report"un Beynəlxalq Buzüstü Hokkey Federasiyasının (IIHF) rəsmi saytına istinadən məlumatına görə, mundiala Finlandiyanın Tampere şəhəri və Latviyanın paytaxtı Riqa ev sahibliyi edəcək.

Turnir 12 - 28 mayda təşkil olunacaq.

Qeyd edək ki, dünya çempionatı daha əvvəl Rusiyanın Sankt-Peterburq şəhərində keçirilməli idi. Lakin IIHF Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiyanı bu hüquqdan məhrum edib.

Son xəbərlər

Orphus sistemi