Buxarestdə yanğında ölənlərin sayı 43 nəfərə çatıb

Buxarestdə yanğında ölənlərin sayı 43 nəfərə çatıb Rumıniya və Türkiyə vətəndaşları da xəstəxanada dünyasını dəyişib
Digər ölkələr
8 Noyabr , 2015 12:22
Buxarestdə yanğında ölənlərin sayı 43 nəfərə çatıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Oktyabrın 31-də Rumıniyanın paytaxtı Buxarestdəki “Clubul Colectiv” klubunda baş verən yanğın nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.

“Report” RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, xəstəxanalara yerləşdirilən daha iki nəfər: Rumıniya və Türkiyə vətəndaşları ölüb.

Gecə klubunda yanğına səbəb kimi pirotexnikadan istifadə göstərilir.

Qeyd edək ki, bu yanğın hadisəsindən sonra Rumıniyanın müxtəlif şəhərlərində etiraz aksiyaları keçirilir. On minlərlə insan “Clubul Colectiv” klubunun fəaliyyətinə lisenziya verən məmurların cəzalandırılmasını tələb edir.

Son xəbərlər

Orphus sistemi