Buxarestdə NATO-ya üzv olan B9 ölkələrinin sammiti keçiriləcək

Buxarestdə NATO-ya üzv olan B9 ölkələrinin sammiti keçiriləcək Sammit parlamentlər səviyyəsində təşkil olunacaq
Digər ölkələr
10 Oktyabr , 2017 07:57
Buxarestdə NATO-ya üzv olan B9 ölkələrinin sammiti keçiriləcək

Buxarest. 10 oktyabr. REPORT.AZ/ Gələn ilin 17-19 aprel tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində NATO-ya üzv olan doqquz Şərqi Avropa dövlətinin parlamentləri səviyyəsində ilk B9 (Buxarest 9) sammiti keçiriləcək.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bunu NATO Parlament Assambleyasının 63-cü illik sessiyasının son günü təşkil olunmuş plenar iclasında çıxış edən Rumıniya Senatının sədri Kalin Popesku-Tariçeanu bildirib.

Senat sədri əlavə edib ki, Rumıniya NATO-nun Şərq cinahının möhkəmləndirilməsində fəal iştirak edir və B9 formatında təşkil olunacaq bu sammit Avroatlantik təhlükəsizliyi nöqteyi nəzərindən Baltik və Qara dəniz regionunun inkişafı baxımından dialoq və məsləhətləşmələr üçün bir platforma olacaq.

“Mən polşalı həmkarım Stanislav Karcevski ilə parlamentlər səviyyəsində bütün Avroatlantik cəmiyyətin xeyrinə olacaq ümumi yanaşmaların təşviqində əhəmiyyətli potensiala malik B9 - Buxarest formatının yaradılmasının vacibliyi barədə müzakirələr aparmışam”, - deyə K. Popesku-Tariçeanu vurğulayıb.

Rumıniya və Polşa senatlarının himayəsi altında parlamentlər səviyyəsində keçiriləcək ilk B9 sammitinə Estoniya, Latviya, Litva, Polşa, Çexiya, Slovakiya, Macarıstan və Bolqarıstanın qanunvericilik orqanları dəvət olunub.

Son xəbərlər

Orphus sistemi