Buxarestdə NATO PA-nın 63-cü sessiyası keçiriləcək

Buxarestdə NATO PA-nın 63-cü sessiyası keçiriləcək İclaslara 50-yə yaxın ölkədən nümayəndə heyətləri qatılacaq
Digər ölkələr
9 Sentyabr , 2017 01:58
Buxarestdə NATO PA-nın 63-cü sessiyası keçiriləcək

Buxarest. 9 sentyabr. REPORT.AZ/ Oktyabrın 6-9-da Rumıniya Parlamentinin ev sahibliyi ilə Buxarestdə NATO Parlament Assambleyasının (PA) 63-cü sessiyası keçiriləcək.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, payız sessiyasında təşkilata üzv və asossiativ üzv dövlətlər, müşahidəçilər, yerli və xarici qonaqlar da daxil olmaqla ümumilikdə 50-dən çox parlament nümayəndə heyəti qatılacaq.

Sessiyanın gündəliyinə beynəlxalq təhlükəsizlik, təşkilatın bu ilin yayında Gürcüstanda keçirilən iclasında müzakirə olunan bır sıra məruzələrin qəbulu və digər məsələlər daxil edilib. Plenar iclaslarda həmçinin NATO PA-nın 2018-ci il üçün büdcə layihəsi təsdiq ediləcək və təşkilat daxili vəzifələrə bir sıra seçkilər keçiriləcək.

NATO PA-nın 63-cü payız sessiyasının açılış mərasimində təşkilatın prezidenti Paolo Alli, NATO Baş katibi Yens Stoltenberq, Rumıniya prezidenti Klaus Yohannis və digər rəsmi şəxslər iştirak edəcəklər. Təşkilatın payız sessiyasına Azərbaycan nümayəndə heyətinin də qatılacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi