Buxarestdə İtaliyanın Respublika günü münasibətilə rəsmi qəbul keçirilib - FOTO

Buxarestdə İtaliyanın Respublika günü münasibətilə rəsmi qəbul keçirilib - FOTO İtaliya Rumıniyanın Şengen zonasına qoşulma istəyini dəstəkləyir
Digər ölkələr
3 İyun , 2016 02:32
Buxarestdə İtaliyanın Respublika günü münasibətilə rəsmi qəbul keçirilib - FOTO

Buxarest. 3 iyun. REPORT.AZ/ İtaliya Rumıniyanın Şengen zonasına qoşulma istəyini dəstəkləyir. Və hesab edir ki, Şengen zonasına qoşulmaq üçün Rumıniya, qarşısına qoyulan bütün tələbləri 2011-ci ildən yerinə yetirib. 

"Report"un Şərqi Avropa müxbiri xəbər verir ki, bu sözləri İtaliyanın Rumıniyadakı səfiri Diyeqo Brazioli ölkəsinin milli bayramı – “Respublika günü” ilə bağlı paytaxt Buxarestdə keçirilən rəsmi qəbulda bildirib.

Səfir çıxışında iki ölkə arasındakı iqtisadi münasibətlərə də toxunaraq vurğulayıb ki, hazırda 1 milyona yaxın rumın vətəndaşı İtaliyada yaşayır və cəmiyyətə müvəffəqiyyətlə inteqrasiya olunublar. 20 mindən çox İtaliya şirkətləri Rumıniya iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə yatırıb. Təkcə ötən il rumın bazarlarına 2 mindən çox şirkət yeni daxil olub. 2015-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi təqribən 14 milyard avro təşkil edib.

Rumıniya prezidenti Klaus Yohannis isə çıxışında vurğulayıb ki, son zamanlar İtaliya və Rumıniya arasında siyasi, iqtisadi, mədəni, təhsil və beynəlxalq sahədə əlaqələr inkişaf edərək yüksək səviyyəyə çatıb. Son 20 ildə ölkələr arasında strateji əməkdaşlıq daha da möhkəmlənib.

K. Yohannis İtaliya prezidentinin Rumıniyaya rəsmi səfərindən sonra hər iki dövlət arasında əlaqələrin yüksələn xətlə inkişaf edəcəyinə əminliyini qeyd edib. Dövlət başçısı onu da deyib ki, İtaliya Rumıniyanın 2-ci ən böyük ticarət tərəfdaşıdır və İtaliya şirkətləri bu ölkədə xarici investorlar arasında 1-ci yerdə qərarlaşıblar.

Qeyd edək ki, rəsmi qəbulda Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqonea, sabiq baş nazir Viktor Ponta, rumın ictimaiyyətinin və eləcə də bu ölkədə akkreditə olunan xarici diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi