Yuxarı

​Buxarest meri rüşvətə görə saxlanılıb

​Opresku firmalardan 25 min avro rüşvət almaqda şübhəli bilinir

Bakı. 6 sentyabr. REPORT.AZ/ Rumıniya polisi Buxarestin icra hakimi Sorina Opreskunu bələdiyyəyə xidmət göstərən firmalardan 25 min avro məbləğində rüşvət almaqda şübhəli bilərək saxlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, merin saxlanılması ilə əlaqədar olaraq meriya ofislərində, şəhər qəbristanlıqları administrasiyasında, həmçinin bir sıra şirkətlərin ofislərində axtarışlar aparılır.

Prokurorluğun məlumatına görə, 2013-2015-ci illərdə Buxarest meriyasına xidmət göstərən firmalar gəlirlərinin 70%-ni bələdiyyənin yüksək vəzifəli məmurlarına ödəyiblər. Bu məbləğin 10%-i Opreskuya çatıb.

Bu gün məhkəmə Opreskunun həbsi məsələsinə baxacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi