Burundidə həbsxanada yanğın olub, 38 nəfər ölüb, 69 nəfər yaralanıb

Burundidə həbsxanada yanğın olub, 38 nəfər ölüb, 69 nəfər yaralanıb Burundinin paytaxtı Giteqada həbsxanada baş verən yanğın nəticəsində 38 nəfər ölüb, 69 nəfər yaralanıb
Digər ölkələr
7 Dekabr , 2021 16:33
Burundidə həbsxanada yanğın olub, 38 nəfər ölüb, 69 nəfər yaralanıb
0 : 00
0 : 00

Burundinin paytaxtı Giteqada həbsxanada baş verən yanğın nəticəsində 38 nəfər ölüb, 69 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə məlumat yerli “Iwacu” qəzetinin tviter səhifəsində paylaşılıb.

Hadisə dekabrın 7-də yerli vaxtla səhər saat 4-də (Bakı vaxtı ilə 06:00-da) baş verib. Hadisə yerinə Qırmızı Xaç Cəmiyyətinin üzvləri gedib. Yanğın baş verən həbsxanada mindən çox məhbus saxlanılır.

Hadisənin səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi