​Burundidə avtobus qəzası nəticəsində 18 nəfər ölüb, 55 nəfər yaralanıb

​Burundidə avtobus qəzası nəticəsində 18 nəfər ölüb, 55 nəfər yaralanıb Yüksək sürətlə hərəkət etmiş avtobus aşaraq bir neçə dəfə çevrilib.
Digər ölkələr
11 Aprel , 2016 01:18
​Burundidə avtobus qəzası nəticəsində 18 nəfər ölüb, 55 nəfər yaralanıb

Bakı. 11 aprel. REPORT.AZ/ Burundinin qərbindəki Bujumbura-Rural vilayətində baş vermiş yol qəzası nəticəsində azı 18 nəfər ölüb, 55 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi yerli hakimiyyət orqanlarına istinadən xəbər yayıb.

Məlumata görə, qəza paytaxtdan 18 kilometr şərqdə baş verib. Yüksək sürətlə hərəkət səbəbindən qəzaya uğramış avtobus Burundinin dövlət nəqliyyat kompaniyası "OTRACO"ya məxsusdur.

"Avtobusda neçə nəfərin olduğunu söyləmək çətindir. Amma gecə yarısı 18 sərnişin həlak olub və daha 55 nəfər müxtəlif bədən xəsarətlərilə ayrı-ayrı xəstəxanalara yerləşdirilib" - deyə İsar Qilbert rayonunun inzibati rəsmisi bildirib.

Şahidlərin sözlərinə görə, yüksək sürətlə hərəkət etmiş avtobus aşaraq bir neçə dəfə çevrilib. 

Son xəbərlər

Orphus sistemi