Burkino-Fasoda silahlı hücum zamanı onlarla insan həlak olub

Burkino-Fasoda silahlı hücum zamanı onlarla insan həlak olub Burkino-Fasoda azı 10 mülki şəxs və təhlükəsizlik qüvvələrinin 9 əməkdaşı ölkənin şimalındakı Sanmatenqa əyalətində naməlum silahlı şəxslər tərəfindən öldürülüb.
Digər ölkələr
23 Noyabr , 2021 04:03
Burkino-Fasoda silahlı hücum zamanı onlarla insan həlak olub

Burkino-Fasoda azı 10 mülki şəxs və təhlükəsizlik qüvvələrinin 9 əməkdaşı ölkənin şimalındakı Sanmatenqa əyalətində naməlum silahlı şəxslər tərəfindən öldürülüb.

“Report”un məlumatına görə, bu barədə “Sinxua” agentliyi hökumətin mətbuat katibi Usseyni Tambura istinadən məlumat yayıb.

“Məlumata görə, doqquz jandarm əməkdaşı və on mülki şəxs həlak olub”, - mətbuat katibi dövlət televiziyası ilə çıxışında deyib.

Hücuma görə hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Xatırladaq ki, bu, son günlər qeydə alınan növbəti hücumdur. Noyabrın 14-də silahlıların ölkənin şimalındakı Sum əyalətində jandarm postuna silahlı hücumu nəticəsində 53 nəfər həlak olub. Hadisə ilə bağlı 3 günlük matəm elan edilib.

Son xəbərlər

Orphus sistemi