Burkino Fasoda terrorçuların hücumu nəticəsində 39 nəfər ölüb

Burkino Fasoda terrorçuların hücumu nəticəsində 39 nəfər ölüb Burkina Fasonun şimalında baş verən terror hücumu nəticəsində azı 39 nəfər həlak olub.
Digər ölkələr
29 Yanvar , 2020 10:42
Burkino Fasoda terrorçuların hücumu nəticəsində 39 nəfər ölüb

Burkina Fasonun şimalında baş verən terror hücumu nəticəsində azı 39 nəfər həlak olub.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Hücum yanvarın 25-də Sum vilayətinin Silqaci kəndində baş verib.

Hökumət ölənlərin ailələrinə başsağlığı verib.

Qeyd edək ki, 2014-cü ilin avqust ayından etibarən Sahara-Sahel bölgəsi ölkələrinin (Mavritaniya, Mali, Niger, Çad və Burkina Faso) ərazisində İŞİD-ə sadiqliyə and içmiş “Boko Haram” ekstremist qruplaşmasının silahlılarına qarşı Fransanın iştirakı ilə “Barkhane” hərbi əməliyyatı həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi