Burkino-Fasoda terrorçular bazara hücum edib, 36 nəfər öldürülüb

Burkino-Fasoda terrorçular bazara hücum edib, 36 nəfər öldürülüb Burkino-Fasonun şimalında terrorçular bazara hücum edib.
Digər ölkələr
22 Yanvar , 2020 01:27
Burkino-Fasoda terrorçular bazara hücum edib, 36 nəfər öldürülüb

Burkino-Fasonun şimalında terrorçular bazara hücum edib.

“Report”un məlumatına görə, bu barədə “RTB” radiosu məlumat yayıb.

Xəbərdə bildirilir ki, 20 yanvarda Naqraoqo yaşayış mərkəzində yerləşən bazara hücum edən silahlı terrorçular 32 nəfəri öldürüb daha sonra bazarı yandırıblar. 

Alamu kəndində isə dörd nəfər terrorçular tərəfindən qətlə yetirilib.

Silahlı hücum zamanı üç nəfər yaralanıb. Hələ ki, heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib. 

Son xəbərlər

Orphus sistemi