Yuxarı
    Bağlamaq

    Burkino-Fasoda terror aktı zamanı öldürülənlərin sayı 19-a çatıb

    Terror aktında 22 nəfər xəsarət alıb

    Bakı. 20 avqust. REPORT.AZ/ Burkino-Fasonun paytaxtı Vaqadurda terror aktı zamanı ölənlərin sayı 19-a çatıb.

    "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

    Nazirlikdən bildirilib ki, terroçuların ağır yaraladığı hərbi qulluqçulardan biri ölüb. Öldürülənlər arasında həmçinin Türkiyə vətəndaşı da var.

    Hakimiyyət orqanları hadisəni terror aktı kimi qiymətləndiriblər. Hücumda iştirak etmiş iki terrorçu hadisə zamanı məhv edilib.

    Terror aktında 22 nəfər xəsarət alıb. Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi