Yuxarı
    Bağlamaq

    Burkino-Fasoda restorana hücum edərək 17 nəfəri öldürən terrorçular zərərsizləşdiriliblər

    Xəstəxanadan verilən məlumata görə, terrorçuların hücumu nəticəsində ölənlərdən biri Türkiyə vətəndaşıdır

    Bakı. 14 avqust. REPORT.AZ/ Burkina-Fasonun paytaxtı Uaqaduquda terrorçuların “Aziz İstanbul” adlı Türkiyə restoranına hücumu nəticəsində 17 nəfər ölüb, 8 nəfər yaralanıb.

    “Report” xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Burkino-Fasonun əlaqələr üzrə naziri Remi Dancinu bildirib.

    Onun sözlərinə görə, hücum edən 3 nəfər öldürülsə də kafedə adamların qaldığı istisna edilmir. R.Dancinu bildirib ki, hökumət hadisə ilə bağlı araşdırma aparır. 

    Şahidlərin dediyinə görə, silahlı 3 nəfər otelin və restoranın qarşısındakı küçədə oturan müştərilərə atəş açıb. Xəstəxanadan verilən məlumata görə, ölənlərdən bir Türkiyə vətəndaşıdır. 

    Qeyd edək, 2016-cı ilin yanvarında həmin küçədə başqa kafe və otelə “Əl-Qaidə”nin hücumu nəticəsində 30 nəfər öldürülüb. Onda terrorçular 170 nəfəri girov götürüblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi