Burkina-Fasonun Prezidenti saxlanılıb

Burkina-Fasonun Prezidenti saxlanılıb Burkina Fasonun Prezidenti Roka Mark Kristian Kabore üsyançılar tərəfindən saxlanılıb
Digər ölkələr
192
24 Yanvar , 2022 11:41
Burkina-Fasonun Prezidenti saxlanılıb
Rok Mark Kristian Kabore

Qiyamçılar Burkina-Fasonun Prezidenti Rok Mark Kristian Kaboreni saxlayıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, dövlət başçısı hərbi düşərgədə saxlanılıb.

Bundan əlavə, “Radio France internationale” radiostansiyasının məlumatına görə, Burkina-Fasonun paytaxtı Uaqaduquda tam qeyri-müəyyənlik qalmaqdadır, qiyamçılar hərbi komandanlığın tamamilə dəyişdirilməsi də daxil olmaqla altı bənddən ibarət tələblər irəli sürüblər.

Xatırladaq ki, Burkina-Fasoda iğtişaşlarda iştirak edən hərbçilər 65 yaşlı dövlət başçısının istefasını tələb edirlər. Ötən gün Burkina-Faso Prezidentinin paytaxtdakı iqamətgahı yaxınlığında atışma səsləri eşidilib. Eyni zamanda, bütün ölkədə komendant saatı tətbiq edilib.

Bundan başqa, Burkina-Faso hökuməti yanvarın 11-də hökuməti ələ keçirməyə cəhd etməkdə şübhəli bilinən bir qrup hərbçinin saxlanıldığını açıqlayıb. “Burkina-24” xəbər portalının məlumatına görə, qrupa gənc zabitlər rəhbərlik edir. Son bir neçə ayda Prezident Kabore ölkənin Silahlı Qüvvələrinin komandanlığında bir sıra əsaslı dəyişikliklər edib.

Qeyd edək ki, Rok Mark Kristian Kabore 2015-ci ildən bəri Qərbi Afrika dövlətinə başçılıq edir.

Son xəbərlər

Orphus sistemi