Burkina Fasoda qaçırılan jurnalistlər ölüb

Burkina Fasoda qaçırılan jurnalistlər ölüb Burkina Fasonun şərqindəki silahlı pusquda üç nəfər xəsarət alıb
Digər ölkələr
27 Aprel , 2021 18:00
Burkina Fasoda qaçırılan jurnalistlər ölüb

Burkina Fasoda qaçırılan ispaniyalı iki jurnalistin meyiti tapılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Aranma Qonsales Laya bildirib.

“Burkina Faso rəhbərliyi və itkin düşənlərin ailələri ilə əlaqə saxladıqdan sonra, yüksək ehimalla, Burkina Fasoda tapılan meyitlərin itkin düşmüş iki ispan jurnalistə aid olduğu təsdiqlənir. Son təsdiqi gözləyirik, bu, kədərli xəbərdir”, - laya mətbuat konfransında deyib.

“Reuters” isə Burkina Faso təhlükəsizlik xidmətindəki mənbələrə istinadən qaçırılan irlandiyalı jurnalistin də öldürüldüyünü bildirib.

14.29

Burkina Fasonun şərqindəki silahlı pusquda 3 nəfər xəsarət alıb, xarici jurnalistlər də daxil olmaqla, 4 nəfər itkin düşüb.

“Report” xəbər verdiyi kimi, bu barədə “RİA Novosti”yə məlumatlı mənbə bildirib.

Mənbənin məlumatına görə, yoxa çıxan şəxslərin ikisi ispaniyalı, biri irlandiyalı jurnalist, dördüncüsü isə burkina fasolu hərbçidir.

Son xəbərlər

Orphus sistemi