Bakı. 2 yanvar. REPORT.AZ/ Burkina-Fasonun şimalında silahlı hücum nəticəsində 13 nəfər həyatını itirib.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli "Faso" portalı yazıb.
Bildirilir ki, hadisə yanvarın 1-də qeydə alınıb. Naməlum şəxslər 6 nəfəri qətlə yetiriblər. Onların arasında kənd rəhbəri və onun oğlu da olub. Yerli sakinlər buna cavab olaraq Fulbe xalqının 7 təmsilçisini qətlə yetiriblər.
Qeyd olunur ki, hadisədən sonra əraziyə vəziyyəti sabitləşdirmək üçün təhlükəsizlik qüvvələri cəlb olunub.