Burkina-Fasoda polis postuna hücum zamanı ölənlərin sayı 53-ə çatıb

Burkina-Fasoda polis postuna hücum zamanı ölənlərin sayı 53-ə çatıb Burkina-Fasonun şimalında jandarm məntəqəsinə silahlıların noyabrın 14-də silahlı hücumu nəticəsində ölənlərin sayı 53-ə çatıb.
Digər ölkələr
17 Noyabr , 2021 22:52
Burkina-Fasoda polis postuna hücum zamanı ölənlərin sayı 53-ə çatıb
0 : 00
0 : 00

Burkina-Fasonun şimalında silahlıların noyabrın 14-də jandarm məntəqəsinə silahlı hücumu nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Hücum zamanı 4 mülki şəxs də daxil olmaqla, 32 nəfərin itkin düşdüyü bildirilir.

Hadisə ilə bağlı ölkədə üç günlük matəm elan edilib.

Qeyd edək ki, Burkina-Faso son üç ildə Qərbi Afrikadakı terrorçu qrupların fəaliyyətinin episentrinə çevrilib. Ölkədə İŞİD-in strukturu olan “Böyük Səhrada İslam Dövləti” və “Ənsarül-İslam” qrupları fəaliyyət göstərir. Bu müddət ərzində terrorçular 1 000-dən çox dinc sakini qətlə yetirib, 1,5 milyondan çox insan evlərini tərk edərək qaçqın vəziyyətinə düşüb.

Son xəbərlər

Orphus sistemi