İyunun 5-ə keçən gecə Burkina Fasonun şimal-şərqindəki Solhan kəndinə silahlıların hücumu nəticəsində həlak olan dinc sakinlərinin sayı 160 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə bazar günü yerli hakimiyyətə istinadən
"Ötən gün biz təxminən 20 uşaq daxil olmaqla, üç qardaş qəbiristanlığında 160 insanı dəfn etdik", - müsahib agentliyə bildirib. Daha əvvəl AFP 138 nəfərin həlak olması haqqında məlumat yayıb.
Burkina Fasonun bu hissəsində 2015-ci ildən silahlıların hücumu zamanı əhalinin arasında bu qədər böyük sayda insan qurbanları olmayıb. Ölkə hökuməti faciə ilə əlaqədar üçgünlük milli matəm elan edib.