Burkina Fasoda dövlət çevrilişinə cəhd olub, saxlanılanlar var

Burkina Fasoda dövlət çevrilişinə cəhd olub, saxlanılanlar var Burkina Fasoda ölkədə hakimiyyəti ələ keçirməkdə şübhəli bilinən bir qrup hərbçi həbs edilib.
Digər ölkələr
12 Yanvar , 2022 04:51
Burkina Fasoda dövlət çevrilişinə cəhd olub, saxlanılanlar var

Burkina Fasoda ölkədə hakimiyyəti ələ keçirməkdə şübhəli bilinən bir qrup hərbçi həbs edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Burkina" xəbər agentliyi ölkənin hərbi ədliyyəsinə istinadən məlumat yayıb.

Hərbi tribunal yanvarın 8-də ölkədə sabitliyi pozmağa cəhddə şübhəli bilinən qrup üzvləri ilə bağlı cinayət işi açıb.

Qeyd edək ki, Burkina Fasonun Prezidenti Rok Mark Kristian Kabore son bir neçə ayda ölkənin silahlı qüvvələrinin komandanlığında əsaslı dəyişikliklər edib. Eyni zamanda bir neçə hərbçi vəzifəsini itirib.

Son xəbərlər

Orphus sistemi