Bundestaqın deputatı təyyarədə uçuş zamanı öldü

Bundestaqın deputatı təyyarədə uçuş zamanı öldü Bundestaqın deputatı Karin Ştrens Kubadan Almaniyaya uçan təyyarədə ölüb
Digər ölkələr
22 Mart , 2021 01:57
Bundestaqın deputatı təyyarədə uçuş zamanı öldü

Almaniya Bundestaqının deputatı Karin Ştrens Kubadan Almaniyaya uçan təyyarədə ölüb.

“Report” xəbər verir ki, bu barədə onun partiyasının nümayəndəsinə istinadən DPA agentliyi bildirib.

Ştrens hakim "Xristian-Demokratik İttifaqı" Partiyasından bundestaqın deputatı olub. Onun ölümünü Bundestaqdakı həmkarı Laut Reberq də təsdiqləyib. Ştrens uçuş zamanı huşunu itirib, təyyarə Dublində təcili eniş edib, amma siyasətçinin həyatını xilas etmək mümkün olmayıb.

Əlli üç yaşlı Ştrens Bundestaqda 2009-cu ildən işləyib. O, müdafiə üzrə komitənin üzvü olub. Almaniya Bundestaqının deputatı parlamentin Cənubi Qafqaz Dostluq Qrupunun sədri vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi