Buenos-Ayres limanında iki kruiz gəmisi toqquşub - VİDEO

Buenos-Ayres limanında iki kruiz gəmisi toqquşub - VİDEO Bakı. 22 fevral. REPORT.AZ/ Buenos-Ayres limanında Orkestr və Poeziya adlı iki kruiz gəmisi toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Digər ölkələr
22 Fevral , 2019 08:46
Buenos-Ayres limanında iki kruiz gəmisi toqquşub - VİDEO

Bakı. 22 fevral. REPORT.AZ/ Buenos-Ayres limanında "Orkestr" və "Poeziya" adlı iki kruiz gəmisi toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli "Clarin" nəşri yazıb.

Hər iki layner Panamada qeydiyyatdan keçib və MSC şirkətinə məxsusdur.

Argentina dəniz prefekturasına əsasən, Rio-De-Janeyroya getməyə hazırlaşan "Orkestr" (Orchestra) gəmisi limandan çıxmaq üçün manevr edib və yedəkdə duran "Poeziya"ya (Poesía) dəyib.

Gəmilərin gövdə hissələri cüzi əzilib, hadisə liman və onun infrastrukturunun işinə təsir etməyib.

Son xəbərlər

Orphus sistemi