Budapeştdə yol qəzasında 8 nəfər ölüb, daha 48 nəfər yaralanıb

Budapeştdə yol qəzasında 8 nəfər ölüb, daha 48 nəfər yaralanıb Macarıstanın paytaxtı Budapeştdən 70 kilometr cənub-qərbdə yerləşən avtomagistralda avtobus qəzaya uğrayıb.
Digər ölkələr
191
15 Avqust , 2021 11:17
Budapeştdə yol qəzasında 8 nəfər ölüb, daha 48 nəfər yaralanıb

Macarıstanın paytaxtı Budapeştdən 70 kilometr cənub-qərbdə yerləşən avtomagistralda avtobus qəzaya uğrayıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Macarıstan polisinin saytında məlumat yerləşdirilib.

Bildirilir ki, qəza nəticəsində azı 8 nəfər ölüb, 48 nəfər yaralanıb.

Hadisə yerli vaxtla saat 04:55-də baş verib.

"Hazırda zərərçəkmişlər xəstəxanaya yerləşdirilib. Polis hadisə yerində araşdırmalara başlayıb", - hüquq-mühafizə orqanlarından bildiriblər.

Qəzanın baş verdiyi avtomagistralda nəqliyyatın hərəkəti dayandırılıb.

Son xəbərlər

Orphus sistemi