Bu ölkədə ilk yoluxma hadisəsi qeydə alınıb

Bu ölkədə ilk yoluxma hadisəsi qeydə alınıb Yəməndə koronavirusa ilk yoluxma faktı qeydə alınıb.
Digər ölkələr
10 Aprel , 2020 10:06
Bu ölkədə ilk yoluxma hadisəsi qeydə alınıb

Yəməndə koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı COVID-19-a qarşı mübarizə Komitəsi adlı qurum yayıb.

Yəmənin şərqində yerləşən Xadramaut əyalətində ilk yoluxma faktı təsdiqlənib. Pasiyentin vəziyyəti sabit qiymətləndirilir.

Qeyd edək ki, 2012-ci il fevral ayının 27-də Səna şəhərində Yəmənin yeni prezidenti Əbdürəba Hadinin təntənəli inaqurasiya mərasimi keçirilib.

2014-cü ildə Yəməndə vətəndaş müharibəsi başlayıb. İranın dəstəklədiyi Əbdül Malek əl-Husinin başçılıq etdiyi silahlılar rəsmi Sananın siyasətinə qarşı qiyam qaldırıblar. Husilər Livan "Hizbullah"ı tərəfindən də dəstəklənirlər.

Son xəbərlər

Orphus sistemi