Bu ölkədə 23 nəfərin meyiti aşkarlandı

Bu ölkədə 23 nəfərin meyiti aşkarlandı Meksikanın qərbindəki Xalisko ştatında basdırılmış azı 23 nəfərin qalıqları tapılıb.
Digər ölkələr
1475
18 İyul , 2020 17:47
Bu ölkədə 23 nəfərin meyiti aşkarlandı

Meksikanın qərbində yerləşən Xalisko ştatında basdırılmış azı 23 nəfərin qalıqları tapılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumat yerli prokurorluğun saytında yer alıb.

Məlumata görə, meyitlər El-Salto bələdiyyəsinin El-Pedreqal yaşayış məntəqəsinin ərazisində tapılıb. Onlar axtarış əməliyyatı çərçivəsində aşkarlanıblar.

“Cümə gününədək polis əməkdaşları 23 meyit, həmçinin içində müxtəlif qalıqlar olan çanta aşkarlayıb, 3 meyitin kimliyi bəlli olub”, - press-relizdə vurğulanıb.

Qeyd edək ki, cari ilin yanvar ayında Meksikanın daxili işlər nazirinin müavini Alexandro Ensinas 2006-cı ildən bəri ölkədə 60 mindən çox insanın itkin düşdüyünü bildirib. 13 illik zaman kəsimində 1964-2019-cu il arasında itkin düşənlərin 97,5%-ni təşkil edir. Bundan başqa, itkin düşdüyü vaxtı bəlli olmayan 8 mindən çox insan da mövcuddur.  

Son xəbərlər

Orphus sistemi