Bu ilin ​Nobel Sülh mükafatının qalibləri açıqlanıb

Bu ilin ​Nobel Sülh mükafatının qalibləri açıqlanıb Tunisin "Milli dialoq kvarteti" ölkədə demokratiya və plüralizmin yaradılmasında göstərdikləri xidmətə görə mükafata layiq görülüblər
Digər ölkələr
9 Oktyabr , 2015 14:45
Bu ilin ​Nobel Sülh mükafatının qalibləri açıqlanıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ 2015-ci ilin Nobel Sülh mükafatına Tunisin "Milli dialoq kvarteti" layiq görülüb.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

Qeyd edək ki, Tunisdə 2011-ci ilin yanvarında "Yasəmən" inqilabından sonra "Tunisdə milli dialoq kvarteti" ölkədə demokratiya və plüralizmin yaradılmasında göstərdikləri xidmətə görə bu mükafata layiq görülüblər.

Laureatların mükafatlandırılması mərasimi dekabrın 10-da Stokholmda Nobel mükafatının təsisçisi Alfred Nobelin (1833-1896) vəfatı günü keçiriləcək. Ənənəyə görə, mükafatlar Alfred Nobelin vəfatı günü təqdim olunur.

Bu il mükafatın məbləği 8 mln. İsveçrə kronuna (972 min ABŞ dolları) bərabər olacaq.

Xatırladaq ki, Nobel mükafatına layiq görülənlərin adları oktyabrın 5-dən elan olunmağa başlayıb. Kimya üzrə Nobel mükafatını alan 3 alimdən biri də türk əsilli ABŞ vətəndaşı Əziz Səncərdir.

Son xəbərlər

Orphus sistemi