Bu il NATO təyyarələri Rusiyanın qərb sərhədlərində fəallığını artırıb

Bu il NATO təyyarələri Rusiyanın qərb sərhədlərində fəallığını artırıb 2019-cu ildə NATO təyyarələri Rusiyanın qərb sərhədlərində fəallığını artırıb. Bu ilin əvvəlindən etibarən Kalininqrad bölgəsinin dəniz və quru sərhədləri boyunca müxtəlif növ təyyarələrin uçuşlarının sayı 800-ü keçib.
Digər ölkələr
23 Dekabr , 2019 05:30
Bu il NATO təyyarələri Rusiyanın qərb sərhədlərində fəallığını artırıb

2019-cu ildə NATO təyyarələri Rusiyanın qərb sərhədlərində fəallığını artırıb. Bu ilin əvvəlindən etibarən Kalininqrad bölgəsinin dəniz və quru sərhədləri boyunca müxtəlif növ təyyarələrin uçuşlarının sayı 800-ü keçib.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Baltik Donanmasının komandiri admiral Aleksandr Nosatov bildirib.

“Qərb ölkələrinin kəşfiyyat gəmiləri daim Baltik Donanmasının döyüş hazırlığı əraziləri yaxınlığında yerləşir. Dəniz və quru sərhədləri boyunca müxtəlif növ kəşfiyyat təyyarələrinin uçuşlarının sayı artıb və bu ötən il 578 idisə, cari ildə 800-dən çox olub. Döyüş təyyarələrinin analoji hərəkəti ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb və bu rəqəm 500-ü ötüb”.

Komandir bildirib ki, Qərb həmkarları tərəfindən oxşar xarakterli hər hansı hərəkət Baltik Donanması qüvvələrinin diqqətindən qaçmır: “Bizim obyektiv monitorinq mərkəzimiz NATO ölkələrinin hərbi fəaliyyətini izləyir. Növbətçi qüvvələr hava məkanında, dənizdə və quruda alyansın gəmi və təyyarələrinin manevrlərini daim izləyir. 

Məsuliyyətlə deyə bilərəm ki, Baltik Donanmasının istənilən təcavüzü dəf etmək üçün kifayət qədər qüvvə və vasitələri mövcuddur”.

Son xəbərlər

Orphus sistemi