Yuxarı

Bu il Həcc ziyarətinin təhlükəsizliyini 17 mindən çox hüquq-mühafizə orqanı əməkdaşı qoruyacaq

Bu məqsədlə 3 mindən çox texnikadan istifadə olunacaq

Bakı. 22 avqust. REPORT.AZ/ Səudiyyə Ərəbistanı rəhbərliyi bu il həcc ziyarətinə gedəcək zəvvarların təhlükəsizliyini 17 mindən çox hüquq-mühafizə orqanı əməkdaşının qoruyacağını açıqlayıb. 

"Report" TASS-a istinadən verdiyi xəbərə görə, ölkənin Mülki-Müdafiə İdarəsinin başçısı, general Süleyman bin -Abdullah əl Əmr bildirib ki, təhlükəsizlik qurumlarının 17 mindən çox əməkdaşı həc ziyarətinin təşkili ilə məşğul olacaq.

"Bu məqsədlə 3 mindən çox texnikadan istifadə ediləcək. Məkkə və Mədinə şəhərlərində informasiya kampaniyası keçiriləcək. Bu işə yalnız ənənəvi KİV-lər deyil, sosial şəbəkələr də cəlb ediləcək", - deyə general söyləyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi