Bakı. 13 noyabr. REPORT.AZ/ “Bu il Fransada 6 terror aktının qarşısını almağa nail olmuşuq”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Kristof Kastner yerli telekanala müsahibəsində bildirib.
“Əslində, təhlükənin sayı daha çox olub. Forması dəyişsə də, terror təhlükəsi yüksək səviyyədə qalır”, - o vurğulayıb.
Nazir deyib ki, cari ildə terrorçuluqda mühakimə olunmuş 48 nəfər həbsxanadan çıxıb.