Yuxarı
    Bağlamaq

    BMT: Bu il Aralıq dənizində 5000-dən çox qaçqın və miqrant batıb

    Biz digər ölkələrdə sığınacaq və müdafiə axtaran qaçqın və miqrantlar arasında ölənlərin sayının artmasına görə son dərəcə narahatıq

    Bakı. 28 dekabr. REPORT.AZ/ Avropa ölkələrində sığınacaq axtaran 100-dən çox insan ötən həftə Aralıq dənizində boğularaq ölüb. 

    "Report" xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından (QAK) bildiriblər.

    Təşkilatın məlumatına görə, 2016-ci ildə Aralıq dənizində 5000-dən çox qaçqın və miqrant batıb: "Biz digər ölkələrdə sığınacaq və müdafiə axtaran qaçqın və miqrantlar arasında ölənlərin sayının artmasına görə son dərəcə narahatıq".

    Qeyd edək ki, 2015-ci ildə Aralıq dənizini keçməklə Avropaya milyondan artıq qaçqın və miqrant gəlib. 3771 nəfər isə Aralıq dənizində boğularaq həlak olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi