Bu il 10 ən təhlükəli təbii fəlakətin vurduğu ziyan 170 milyard dolları ötüb

Bu il 10 ən təhlükəli təbii fəlakətin vurduğu ziyan 170 milyard dolları ötüb 2021-ci ildə dünyanın ən təhlükəli 10 təbii fəlakəti ölkələrin iqtisadiyyatına 170 milyard ABŞ dollarından çox ziyan vurub.
Digər ölkələr
28 dekabr 2021 00:41
Bu il 10 ən təhlükəli təbii fəlakətin vurduğu ziyan 170 milyard dolları ötüb

2021-ci ildə dünyanın ən təhlükəli 10 təbii fəlakəti ölkələrin iqtisadiyyatına 170 milyard ABŞ dollarından çox ziyan vurub.

Bu barədə “Report” “The Hill” nəşrinə istinadən xəbər verir.

Ötən il təbii fəlakətlərin vurduğu zərər 150 milyard ABŞ dollarını ötməmişdi. On təbii fəlakətdən üçü ABŞ və Avropada baş verib. Ən güclü fırtına avqust ayında, ABŞ-ın cənub və şərqini vuran “İda” qasırğası olub. Qasırğadan dəyən ziyan 65 milyard ABŞ dolları təşkil edib.

kinci yerdə iyul ayında Avropada baş verən daşqınlar - 43 milyard ABŞ dolları, üçüncü yerdə isə fevralda, Texasda baş verən qar fırtınası qərarlaşıb. Qar fırtınası Texası 23 milyard ABŞ dollar ziyana salıb.

Son xəbərlər

Orphus sistemi