Bu günədək Ukraynada 95 105 nəfər koronavirusdan ölüb

Bu günədək Ukraynada 95 105 nəfər koronavirusdan ölüb Pandemiyanın ilk günündən bu günədək Ukraynada 95 105 nəfər koronavirusdan dünyasını dəyişib.
Digər ölkələr
28 dekabr 2021 07:40
Bu günədək Ukraynada 95 105 nəfər koronavirusdan ölüb

Pandemiyanın ilk günündən bu günədək Ukraynada 95 105 nəfər koronavirusdan dünyasını dəyişib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölkədə ümumilikdə 3 649 236 yoluxma halına rast gəlindiyi bildirilib. Onlardan 3,4 milyon nəfəri sağalıb.

Ən çox yoluxma faktına paytaxt Kiyevdə rast gəlinir.

Qeyd edək ki, bu günədək Ukraynada 14 605 035 nəfər peyvənd olunub.

Son xəbərlər

Orphus sistemi