Bu gün Vyanada AEBA Baş Konfransının illik sessiyası işə başlayır

Bu gün Vyanada AEBA Baş Konfransının illik sessiyası işə başlayır Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının növbəti, 66-cı illik sessiyası sentyabrın 26-da Avstriyanın paytaxtı Vyanada açılacaq
Digər ölkələr
26 Sentyabr , 2022 01:56
Bu gün Vyanada AEBA Baş Konfransının illik sessiyası işə başlayır

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının növbəti, 66-cı illik sessiyası sentyabrın 26-da Avstriyanın paytaxtı Vyanada açılacaq.

“Report” xəbər verir ki, tədbir ənənəvi olaraq Vyana Beynəlxalq Mərkəzində keçiriləcək və sentyabrın 30-dək davam edəcək.

Agentliyə üzv 175 dövləti təmsil edən nümayəndələr 2021-ci il hesabatı və 2023-cü il büdcəsindən tutmuş nüvə elmi və texnologiyasının canlandırılması perspektivlərinə qədər müxtəlif mövzuları müzakirə edəcəklər. Mövzular siyahısına həmçinin agentliyin nüvə və fiziki təhlükəsizliyi sahəsində fəaliyyətinin, xüsusilə Ukraynada təhlükəsizlik və təminatların, eləcə də Yaxın Şərq və KXDR-də təminatların müzakirəsi daxildir. Baş Konfransın 66-cı sessiyası ilə paralel olaraq Vyana Beynəlxalq Mərkəzində nüvə texnologiyası və elmi ilə bağlı mövzular üzrə elmi forum keçiriləcək.

Bütün elmi forum sessiyaları və plenar iclaslar, o cümlədən vəzifəli şəxs və nümayəndələrin əsas çıxışları konfransın keçirildiyi həftə ərzində canlı yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi