Bu gün tətil səbəbindən Parisin 177 məktəbi bağlı olacaq

Bu gün tətil səbəbindən Parisin 177 məktəbi bağlı olacaq Tətil səbəbindən bu gün Fransanın paytaxtı Parisdə 178 məktəb qapılarını şagirdlərin üzünə açmayacaq.
Digər ölkələr
17 Dekabr , 2019 01:56
Bu gün tətil səbəbindən Parisin 177 məktəbi bağlı olacaq

Tətil səbəbindən bu gün Fransanın paytaxtı Parisdə 178 məktəb qapılarını şagirdlərin üzünə açmayacaq. 

"Report"un yerli bürosu bildirir ki, bu gün keçiriləcək etiraz aksiyaları ilə bağlı işə çıxmayan təhsil işçilərinin sayı 50 faizə yaxın olacaq. Küçələrə çıxaraq etiraz aksiyalarına qatılan insanların sayının isə 1 milyondan çox olacağı gözlənilir.

Dekabrın 5-dən bu günə kimi davam edən tətillə əlaqədar nəqliyyatın hərəkəti daha da çətinləşəcək. Parisdə 14 metro xəttindən 8-i tamamilə bağlı olacaq, 2-nin fəaliyyəti cuzi və yalnız pilotsuz işləyən ikisinin fəaliyyəti tam təmin ediləcək.

Hökumət bu gün keçiriləcək kütləvi etiraz aksiyaları zamanı ictimai asayişi qorumaq məqsədilə təhlükəsizlik tədbirlərini gücləndirib.

Qeyd edək ki, fransızların küçələrə çıxmasına səbəb təqaüd sistemində həyata keçiriləcək islahatlardır. Yeni islahatlar nəticəsində çətin əmək şəraiti səbəbindən daha tez təqaüdə çıxmaq imkanları və artıq ödənişlər almağa imkan verən bir sıra peşə nümayəndələri üçün mövcud olan xüsusi kateqoriyalar ləğv ediləcək.

Son xəbərlər

Orphus sistemi