Bu gün Qanada prezident və parlament seçkiləri keçiriləcək

Bu gün Qanada prezident və parlament seçkiləri keçiriləcək Bu gün Qana Respublikasında prezident və parlament seçkiləri keçiriləcək.
Digər ölkələr
7 Dekabr , 2024 08:18
Bu gün Qanada prezident və parlament seçkiləri keçiriləcək

Bu gün Qana Respublikasında prezident və parlament seçkiləri keçiriləcək.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, ali dövlət vəzifəsi uğrunda 12 namizəd, o cümlədən üç qadın, parlamentdəki 275 yer uğrunda isə əsas siyasi qüvvələr: hakim Yeni Vətənpərvər Partiya (YVP) və müxalif “Milli Demokratik Konqres” (MDK) mübarizə aparır.

Analitiklərin ümumi rəyinə görə, prezidentlik uğrunda əsas mübarizə 2012-2017-ci illərdə bu vəzifəni tutmuş MDK-dan olan Con Dramani Mahama ilə hazırkı vitse-prezident Mahamudu Bavumia (YVP) arasında gedəcək. Agentlik vurğulayır ki, analitiklərin əksəriyyəti Mahamanı üstün tutur.

Qeyd edək ki, hazırkı seçkilər Qananın 1993-cü ildə mülki idarəetməyə qayıdışından sonra sayca doqquzuncudur.

Son xəbərlər

Orphus sistemi