Portuqaliyada parlament seçkiləri başa çatıb - YENİLƏNİB-2

Portuqaliyada parlament seçkiləri başa çatıb - YENİLƏNİB-2 Portuqaliyada keçirilən parlament seçkiləri başa çatıb.
Digər ölkələr
7 Oktyabr , 2019 01:14
Portuqaliyada parlament seçkiləri başa çatıb - YENİLƏNİB-2

Portuqaliyada keçirilən parlament seçkiləri başa çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, səsvermələrin nəticələrinə görə, hakim Sosialist Partiyası parlamentdə çoxluq qazanıb. Qeyd edilir ki, buna baxmayaraq partiya qanunverici orqanda mütləq əksəriyyəti təmin edə bilmir. 

Məlumatda bildirilir ki, seçki bülletenlərinin demək olar 80 faizinin hesablanmasından sonra sosialistlər 37,7 faiz səs toplayıbar. Bununla da da sosialistlər yenidən 4 il əvvəl hakimiyyətə köməyi ilə gəldikləri solçu partiyalarla danışıqlar aparacaqlar. 


***01:17

Portuqaliyada parlament seçkiləri keçirilir.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, ölkə seçiciləri respublikanın birpalatalı parlamentinə 230 deputatı seçirlər.

Seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb və 19:00-a qədər işləyəcək. Səsvermənin ilkin nəticələri bir neçə saat sonra elan ediləcək.

Son ictimai rəy sorğuları baş nazir Antoniu Koştanın rəhbəri olduğu Sosialist Partiyasının qələbə qazanacağını göstərir. Səsvermələrin gedişi ilə bağlı hər hansı xoşagəlməz hadisə qeydə alınmayıb.


***02:16

Oktyabrın 6-da Portuqaliyada növbəti parlament seçkiləri keçiriləcək.

“Report” “TASS”a istinadən xəbər verir ki, ölkə vətəndaşları təkpalatalı olan parlamentə dörd il müddətinə 230 deputat seçəcək.

Seçki məntəqələri yerli vaxtla 08:00-da açılacaq və 19:00-a qədər fəaliyyət göstərəcək. Səsvermənin ilkin nəticələri gecə açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi