Yuxarı

​Bu gün Nyu-Yorkda BMT-nin qlobal inkişafa dair sammiti başlayır

Sammitdə yaxın 15 il üçün qlobal iş üzrə istiqamətləri müəyyən edən Sabit inkişafın məqsədləri adlı sənəd müzakirə ediləcək

Bakı. 25 sentyabr. REPORT.AZ/ Bu gün Nyu-Yorkda BMT-nin qlobal inkişafa dair sammiti başlayır.

"Report"un BMT-nin Xəbər Mərkəzinə istinadən verdiyi məlumata görə, üçgünlük sammit çərçivəsində 150 ölkənin prezidentləri, hökumət başçıları və 30-dan artıq nazir yaxın 15 il üçün qlobal iş üzrə istiqamətləri müəyyən edən "Sabit inkişafın məqsədləri" adlı sənədi müzakirə edəcəklər. 

BMT baş katibi Pan Gi Munun sözlərinə görə, dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən bu görüşdə yoxsulluğun və qeyri-bərabərliyin ləğvinə və ətraf mühitin gələcək nəsillər üçün qorunmasına dair qərarlar qəbul ediləcək.

Sammitdə həmçinin bəyannamənin qəbul edilməsi gözlənilir. Bəyannamədə dövlətlər iqtisadi, sosial və ekoloji sahələr üzrə öhdəlikləri yerinə yetirəcəklərinə söz verirlər. 

Gündəlikdə inkişaf sahəsinə dair 169 məsələ və 17 məqsəd öz əksini tapıb.

Sammit sentyabrın 27-dək davam edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi